Ulu öndərin Milli Kitabxanada çıxışları


Polpred. com Polpred.com Medianin İcmalı. Mühüm nəşrlərin arxivləri işçilər tərəfindən fərdi toplanır. Rubrikatorlu məlumat bazası: 26 sahə / 600 mənbə / RF-nın 8 federativ dairəsi / 235 ölkə və ərazilər/ əsas materiallar / 3000 ölkə başçısı haqqında məqalələr və onların müsahibələri. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu. Geniş axtarış imkanı. Bir kliklə yüzlərlə məqalələrin Word-ə eksport edilməsi. Sahələr və ölkələr üzrə İnternet-servislər.

   Azərbaycanın Kitab Abidələri haqqında məlumat

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli "Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları"nın təsdiq edilməsi barədə Fərmanının icrası məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyində respublikada mövcud olan unikal və nadir nüsxəli kitabların, xüsusi əhəmiyyətli nəşrlərin, əlyazmaların və s. aşkar edilməsi işinə başlanmış və bu işə kitabxana işi sahəsində tanınmış mütəxəssislər - BDU-nun Kitabxanaçılıq fakültəsinin professor-müəllim heyəti, Prezident Kitabxanasının, M.F.Axundov adına Milli Kitabxananın əməkdaşları cəlb edilmişdir.
İlkin mərhələdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Respublikasında milli-mədəni irsin mühafizəsi və gələcək nəsillərə çatdırılması sahəsində dövlət siyasətinin müəyyən etdiyi qanunvericilik aktları və digər qanun və sərəncamlara müvafiq olaraq "Kitab abidələri haqqında" Əsasnamə hazırlanmışdır.
Kitab abidələri haqqında Əsasnamə Azərbaycan Respublikasında milli-mədəni irsin mühafizəsi və gələcək nəsillərə çatdırılması sahəsində dövlət siyasətinin müəyyən etdiyi qanunvericilik aktları və digər qanun və sərəncamlara müvafiq tərtib edilmişdir.
Əsasnamə hazırlanarkən MDB ölkələrinin - Rusiya, Qazaxıstan, Belarus, Ukrayna və bir sıra Avropa ölkələrinin - Almaniya və Böyük Britaniyanın təcrübəsindən istifadə edilmişdir.
"Kitab abidələri haqqında" Əsasnaməyə müvafiq olaraq Nazirlik tərəfindən kitab abidələrinin müəyyənləşdirilməsinin əsas meyarları və xüsusi qeydiyyat formaları hazırlanmışdır.
Kitab abidələrinin Reyestrində kitab abidələrinin qeydiyyatı bu abidələrin dövlət qeydiyyatı və dövlət mühafizəsinin təmin olunması məqsədi ilə həyata keçirilir.
2-ci mərhələdə kitab abidələri haqqında məlumatları Nazirliyə təqdim edilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olmayan təşkilatlara tapşırıq verilməsi barədə müraciət edilmiş və bu təşkilatlara "Kitab abidələri haqqında" Əsasnamə və xüsusi qeydiyyat forması və yaddaş göndərilmişdir.
Reyestri tərtib etmək üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış qeydiyyat formasında müəllifin adı, soyadı, nəşrin adı, nəşr yeri, ili, həcmi, formatı, materialı, kağızın fiziki-kimyəvi texnoloji vəziyyəti, daxil olma tarixi, annotasiyası, xüsusi qeydlər, nüsxələrin sayı, yerləşdiyi ünvan göstərilmişdir.
Yaddaşda "Kitab abidələri" reyestrinə daxil olan kitab və əlyazmaların - respublika üçün əhəmiyyətli xüsusi qədim nəşrlərin, elmi və tarixi əhəmiyyət kəsb edən xüsusi nəşrlərin əsas meyarları dəqiq göstərilmişdir. Məhz bu yaddaş Azərbaycanın kitab abidələrini uzun vaxt sərf etmədən aşkar etməyə imkan vermişdir.
Qeyd etmək lazımdır ki, kitab abidələrinin reyestrinin tərtibi zamanı ilkin mərhələdə diyarşünaslıq xarakterli (Azərbaycanşünaslığa) aid, müəllifi azərbaycanlı, nəşr yeri Azərbaycan olan, habelə unikal, nadir və xüsusi əhəmiyyətli nəşrləri olan kitablar seçilmişdir.
Kitab abidələrini müəyyənləşdirərkən onun kitab fondunun neçə faizinin təşkil etdiyini, xronoloji çərçivəsini, fondun mövzusu, nəşrin dil xarakteristikası əsas götürülmüşdür.
Kitab abidələrinin müəyyən edilməsi əsasən depozitar fondların, habelə nadir kolleksiyaların öyrənilməsi nəticəsində müəyyən edilmişdir. Kitab abidələrinin müəyyən edilməsi zamanı xronoloji, sosial dəyərli və kəmiyyət meyarları əsas götürülmüşdür.
Xronoloji meyarı qeyd etdikdə kitabın yaşı, sosial dəyərli kitabın cəmiyyət üçün xüsusi əhəmiyyətli olması, kəmiyyət meyarı isə kitabın az yayılması, tirajının az olması, nadir nüsxə olması əsas götürülmüşdür
2011-ci il 1 dekabr tarixinədək Nazirliyə daxil olan məlumatlara əsasən Dövlət reyestrinə 3483 adda müxtəlif formada olan kitab abidəsi daxil edilmişdir. Onlardan Mədəniyyət və Turizm Nazirliyinin müəssisələrində 1320 adda, Nazirliyin tabeçiliyində olmayan digər kitabxanalarda, arxiv və muzeylərdə 1919 adda, şəxsi kolleksiyalarda isə 244 adda kitab abidəsi aşkar edilmişdir.
Hal-hazırda reyestrə daxil olan kitabların dil və xronologiya qruplaşdırılması həyata keçirilir.
Qeyd etmək lazımdır ki, reyestrin tərtib edilməsi məqsədi ilə "Azərbaycanın kitab abidələri" DVD nəşrinin hazırlanmışdır.
Reyestrdə Azərbaycan Respublikasının şəhər (rayon) kitabxanaları arasında Naftalan şəhəri üzrə - 90 adda, Salyan rayonu üzrə – 131 adda, Siyəzən rayonu üzrə – 22 adda, Ağcabədi rayonu üzrə – 10 adda, Saatlı rayonu üzrə – 18 adda, digər şəhər və rayon kitabxanalarında isə 5 nüsxədən az kitab abidəsi aşkar olunmuşdur.
Kitabxana mütəxəssisləri tərəfindən şəhər (rayon) tarix-diyarşünaslıq muzeylərində Gəncə şəhəri üzrə - 98 adda, Şəki şəhəri üzrə – 4 adda, Şirvan şəhəri üzrə – 8 adda, Qax rayonu üzrə -76 adda, Ağdaş rayonu üzrə – 13 adda, Neftçala rayonu üzrə – 22 adda, Şəmkir rayonu üzrə – 12 adda, Şamaxı rayonu üzrə – 60 adda, Qəbələ rayonu üzrə – 22 adda, Abşeron rayonu üzrə - 8 adda, Ucar rayonu üzrə – 7 adda, Masallı rayonu üzrə – 6 adda kitab abidəsi qeydə alınmışdır.
Reyestrin tərtibi zamanı Azərbaycan Respublikasında şəxsi kolleksiyalarda 244 kitab abidəsi aşkar edilmişdir. Şəxsi kolleksiyalarda saxlanılan unikal və nadir nüsxələr Neftçala rayonu yazıçı-alim İmamverdi Əbilovun şəxsi kitabxanasında 22 adda, Ağstafa rayonu xalq şairi Hüseyn Arifin şəxsi kolleksiyasında 21 adda, Lənkəran şəhəri Hacı Mirhaşim Talışlının şəxsi kolleksiyasında 13 adda, Naftalan şəhəri Sarıgül Əliyevanın şəxsi kolleksiyasında 12 adda və s. kitab abidəsi aşkar edilmişdir.
Nazirliyə təqdim olunmuş məlumatlara əsasən Prezident Kitabxanasında - 1088 adda, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında - 577 adda, BDU-nun Elmi Kitabxanasında – 287 adda, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında – 143 adda, Azərbaycan Texniki Universitetinin kitabxanasında – 48 adda, Azərbaycan Pedaqoji Universiteti – 190 adda, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kitabxanasında – 36 adda, Azərbaycan Dillər Universitetinin kitabxanasında – 8 adda, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Elmi Tibb Kitabxanasında - 39 adda, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin Respublika Elmi Texniki Kitabxanasında - 30 adda, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Respublika Elmi Kənd Təsərrüfatı kitabxanasında - 50 adda, C.Cabbarlı adına Dövlət Teatr Muzeyində - 79 adda, L.Kərimov adına Azərbaycan xalçası və xalq Tətbiqi sənəti Dövlət Muzeyində - 39 adda, Musiqi Mədəniyyəti Dövlət Muzeyində - 4 adda, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeçiliyində olan kitabxanalarda - 14 adda, şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərində - 271 adda, şəhər (rayon) tarix-diyarşünaslıq və ev muzeylərində - 389 adda kitab abidələri müəyyən edilmiş və qeydə alınmışdır.
Reyestrdə Azərbaycan Respublikasında ən qədim kitab abidələri Prezident Kitabxanasında 1591-ci ildə italyan dilində çap olunmuş Appresso Erasmo, Viotto Parma "Historia di Parma", M.F.Axundov adına Milli Kitabxanasının Nadir kitablar fondunda saxlanılan 1595-ci ildə Almaniyanın Yena şəhərində alman dilində çap olunan "Türklər haqqında on nəsihət" kitabıdır.
Reyestrdə Prezident Kitabxanasında 1088 kitab abidəsi qeydə alınmışdır ki, onlardan XVI əsrə - 1 kitab, ΧVIII əsrə – 126 kitab, ΧIΧ əsrə – 961 nüsxə kitab müəyyən edilmişdir. Prezident Kitabxanasında qeydə alınmış unikal və nadir kitabların arasında 1591-ci ildə italyan dilində çap olunmuş "Historia di Parma", 1730-cu ildə Moskvada nəşr olunmuş "Описание коронации ее величества императрицы, и самодержицы всероссийской, Анны Иоанновны, торжественно отправленной в царствующем граде Москве", 1772-ci ildə Peterburqda çap olunmuş "Царственная летопись содержащая Российскую историю", 1853-cü ildə Tiflisdə M.F.Axundovun sağlığında çap olunmuş "Ахундов, Мирза Фатали. Комедии", 1879-cu ildə Edinburq şəhərində çap olunmuş "The Encyclopaedia Britannica" kitablarıdır.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında 577 kitab abidəsi qeydə alınmışdır. Onlardan 399 kitab Azərbaycan dilində, 1 kitab - türk dilində, 154 kitab - rus dilində, 4 kitab - ərəb dilində, 12 kitab - fars dilində, 1 kitab - alman dilində, 1 kitab yəhudi dilində, 5 kitab latın dilindədir. Xronologiya üzrə 2 kitab - XVI əsrə, 4 kitab - XVII əsrə, 4 kitab - XVIII əsrə, 147 kitab - XIX əsr, 292 kitab - XX əsrə, 38 kitab - XXI əsrə aiddir. Reyestrə 21 qəzet və 69 jurnal da kitab abidəsi kimi qeydə alınmışdır.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxananın fondunda saxlanılan unikal və nadir nüsxələr 1595-ci ildə Almaniyada çap olunmuş Tobiam Ştaynın "Türklər haqqında on nəsihət" kitabı ilə yanaşı 1858-ci ildə Təbrizdə nəşr olunmuş Füzulinin "Leyli və Məcnun" əsəri, 1859-cu ildə Tiflisdə nəşr olunmuş M. F. Axundzadənin "Təmsilat", 1893-cü ildə Varşavada nəşr olunmuş Седер Савлунос "Корбан Минхе. т.е. Молитвенник в подарок Невестам.", 1904-cu ildə Bakıda nəşr edilmiş Mir Məhəmməd Kərim ağanın "Kitabi-kəşfül-həqayiq Təfsiri-qurani-şərif" kitablarıdır.
Azərbaycan Respublikasında ən qədim ali məktəb olan BDU-nun Elmi Kitabxanasında 287 adda kitab abidəsi mövcuddur. Onlardan 266 kitab rus dilində, 21 kitab Azərbaycan dilindədir. Kitab abidələrinin 38 kitab – XVIII əsrə, 105 kitab – XIX əsrə, 144 kitab isə XX əsrə aiddir.
Reyestrə Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının 143 adda kitab abidəsi daxil edilmişdir ki, onlardan 2 kitab XIX əsrə, 135 kitab XX əsrə, 8 kitab XXI əsrə aiddir. Kitab abidələrinin 135 nüsxə Azərbaycan dilində, 8 nüsxə rus dilindədir. Mərkəzi Elmi Kitabxanada saxlanılan və mühafizə olunan Məhəmməd Füzulinin 1864 və 1895-ci illərdə nəşr edilən, kitabxananın Şərq Ədəbiyyatı Fondunda saxlanılan "Leyli və Məcnun" əsərləri, Qafurrəşad Mirzəzadənin 1910-cu ildə Orucov qardaşları nəşriyyatında çap olunmuş "Qafqaz coğrafiyası", Salmanbəy Musabəyovun 1917-ci ildə "Məktəb" nəşriyyatında çap olunmuş "Neft və milyonlar səltənətində" kitabları nadir və unikal nüsxələrdir.
Qeydə alınan kolleksiyalar və kitab abidələri fondları yenidən formalaşa, yaxud xüsusi razılıq olmadan ləğv oluna bilməz. Fondsaxlayıcı tərəfindən kitab abidələri aktuallığını itirdiyinə görə, habelə fiziki cəhətdən köhnəlməsi səbəbindən çıxarılması yolverilməzdir.