Ulu öndərin Milli Kitabxanada çıxışları


Polpred. com Polpred.com Medianin İcmalı. Mühüm nəşrlərin arxivləri işçilər tərəfindən fərdi toplanır. Rubrikatorlu məlumat bazası: 26 sahə / 600 mənbə / RF-nın 8 federativ dairəsi / 235 ölkə və ərazilər/ əsas materiallar / 3000 ölkə başçısı haqqında məqalələr və onların müsahibələri. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu. Geniş axtarış imkanı. Bir kliklə yüzlərlə məqalələrin Word-ə eksport edilməsi. Sahələr və ölkələr üzrə İnternet-servislər.

   Respublikanın bir sıra regionlarında 2012-ci il “Kitabxanalar İli” elan olunub

Dünən Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət evinin qarşısında rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Quba rayonunda 2012-ci ilin “Kitabxanalar ili“ elan edilməsi ilə əlaqədar təntənəli açılış mərasimi keçirilmişdir.
Tədbirdə geniş içtimaiyyət nümayəndələri, mədəniyyət işçiləri, məktəblilər və KİV nümayəndələri iştirak etmişlər.
Açılış mərasimində nümayiş etdirilən “Ulu öndər Heydər Əliyevin layiqli davamçısı”, “Tarix yaradan Şəxsiyyət”, “Qubalı yazarlar”, “Qubanın görməli, gəzməli yerləri”, “Azərbaycan folkloru”, “Xarici ədəbiyyat”, “Bədii ədəbiyyat”, “Azərbaycan incəsənəti”, “Musiqi ruhun qidasıdır”, “Uşaqların sevimli yazıçıları”, “Uşaqların nağıl dünyası”, “Bunları bilmək maraqlıdır”, “Dünya dillərini öyrənək”, “Müəlliflərin hədiyyəsi”, “Gündəlik mətbuat”, “Rus ədəbiyyatı”, ”Azərbaycan tarixi”, “Məlumat ədəbiyyatı”, “Tarix uşaqların gözü ilə” və s. başlıqlı sərgilər rayon içtimaiyyətinin marağına səbəb oldu.
Tədbirdə oxucuların mütaliə etməsi üçün 600-ə yaxın latın qrafikalı Azərbaycan ədəbiyyatı, 18 adda qəzet, jurnal və xeyli sayda müxtəlif dillərdə çap məhsulları təşkil edilmiş "Mütaliə stolu"nda nümayiş etdirilirdi. Tədbir çərçivəsində kitabxanalara yeni oxucuların üzv olması üçün şərait yaradılmışdır.
Quba rayon İcra Hakimiyyətinin başçısı cənab Mübariz Ağayev, rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Elxan Məhərrəmov və rayon MKS-nin direktoru Saməddin Nəsirov çıxış edərək 2012-ci ilin Quba rayonunda “Kitabxanalar İli“ elan edilməsi ilə əlaqədar tərtib edilmiş Tədbirlər Planına əsasən il ərzində görüləcək işlər, keçiriləcək tədbirlər barədə ictimaiyyətə ətraflı məlumat vermişlər.
Təşkil olunmuş sərgilərlə yaxından tanış olan rayon İcra başçısı Mübariz Ağayev kitabxanaçılarla səmimi söhbət etmiş, onlarla fikir mübadiləsi aparmışdır. Tədbirdə çoxsaylı oxucuların kitabxanaya üzv olması xüsusi ilə diqqətəlayiq hal kimi qiymətləndirilir.
Açılış mərasimi rayon Mədəniyyət evinin kollektivi tərəfindən hazırlanmış musiqi nömrələri ilə başa çatmışdır.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının Sərəncamı ilə 2012-ci il Gəncədə də “Kitabxanalar İli” elan olunmuşdur. Kitabxanalar ili ilə əlaqədar şəhər kitabxana-informasiya sisteminin təkmilləşdirilməsi, kitabxanaların modernləşdirilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuşdur. Hazırda Gəncə şəhər Mərkəzi Kitabxanasında Elektron kitabxananın yaradılması istiqamətində müvafiq işlər aparılır. Bununla əlaqədar il ərzində keçiriləcək işlərin Tədbirlər Planı yaxın vaxtlarda təsdiq olunacaqdır.

2012-ci ilin “Kitabxanalar İli” elan edilməsi ilə əlaqədar Xaçmaz rayonunda da Elektron kataloqun yaradılması sahəsində işlər aparılır. Xaçmazın bir çox kəndində “Mütaliə həftələri”nin keçirilməsi də planlaşdırılır. Respublikada ilk Multimedia mərkəzlərindən birinin Xaçmazda yaradılması da nəzərdə tutulmuşdur.