Ulu öndərin Milli Kitabxanada çıxışları


vBooks Mobil Virtual Kitabxana proqram təminatı istifadəyə verilib. Android qurğuların istifadəçiləri öz mobil qurğularına yükləyə bilər.


Polpred. com Polpred.com Medianin İcmalı. Mühüm nəşrlərin arxivləri işçilər tərəfindən fərdi toplanır. Rubrikatorlu məlumat bazası: 26 sahə / 600 mənbə / RF-nın 8 federativ dairəsi / 235 ölkə və ərazilər/ əsas materiallar / 3000 ölkə başçısı haqqında məqalələr və onların müsahibələri. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu. Geniş axtarış imkanı. Bir kliklə yüzlərlə məqalələrin Word-ə eksport edilməsi. Sahələr və ölkələr üzrə İnternet-servislər.

   Mərkəz haqqında

AZƏRBAYCAN MİLLİ KİTABXANA-İNFORMASİYA MƏRKƏZİNİN  YARADILMASI  KONSEPSİYASI

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 2.2 bölməsinə uyğun olaraq kitabxanaların informasiyalaşdırılması, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması işi  həyata keçirilir. Tədbirlər Planının 2.2.41. bəndində Azərbaycan Milli Avtomatlaşdırılmış Kataloqlaşdırma Formatının (AZMARC) yaradılması, ölkə kitabxana-larında tətbiqi və mövcud resursların təkmilləşdirilməsi nəzərdə tutulmuşdur.
      Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan 4 respublika əhəmiyyətli  kitabxanada, habelə respublikanın 76 şəhər, rayon Mərkəzi kitabxanasından 32-də Elektron kataloq yaradılmışdır. Elektron kataloqlara xeyli sayda kitab, jurnal, qəzet haqqında biblioqrafik yazılar daxil edilmişdir. Bir sıra kitabxanalar daha irəli gedərək kitabxanaya daxil olan yeni latın qrafikalı kitablara dair biblioqrafik təsvirləri bazaya daxil etməklə yanaşı, keçmiş dövrləri əhatə edən və oxucular tərəfindən tez-tez soruşulan kiril qrafikalı kitablar haqqında biblioqrafik yazıları retro bazalara daxil edirlər. Bundan başqa, respublikanın bütün şəhər və rayonlarında məhz onlara xas olan təkrarolunmaz və bənzərsiz materiallar (yerli qəzetlər və nəşrlər) saxlanılır ki, onlar haqqında məlumatlar da Elektron kartotekaya əlavə edilir.
 Lakin aparılan bu işlərdə nöqsanlara, pərakəndəliyə yol verilməməsi, işlərin sistemli şəkildə həyata keçirilməsi, habelə görülən işlərin müasir kitabxana standartlarına cavab verməsi qarşıda duran prioritet məsələlərdəndir. Nazirliyin Kitabxana sektoru tərəfindən aparılmış monitorinqlər nəticəsində məlum olmuşdur ki, bir sıra kitabxanalar biblioqrafik təsvirlərin tərtibində nöqsanlara yol vermiş, bu sahədə mövcud olan standartlar və qaydalar nəzərə alınmamışdır. Kitabların təsviri həyata keçirilərkən kitab elm sahələri üzrə düzgün sistemləşdirilmir, Elektron kataloqda nəzərdə tutulmuş kitab sahələri aidiyyatı üzrə tərtib edilmir. Belə hallar hətta respublikanın böyük kitabxanalarında da mövcuddur.
 Bundan başqa, kitabxanalar tərəfindən təkrar (dublet) biblioqrafik yazılar Elektron kataloqa daxil edilir. Bu isə artıq vaxt itirilməsinə və əməyin sərf edilməsinə, habelə Azərbaycan kitabxanalarının biblioqrafik yazılarını dünya informasiya məkanına – İnternetə çıxarılan zaman bir sıra problemlərin yaranmasına, axtarış apararkən axtarışın dolğun və operativ həyata keçirilməməsinə səbəb olur. Bir sıra şəhər və rayon kitabxanalarında kitabxanaçıların serverlə, habelə məlumat bazaları ilə işləmək bacarığının olmaması səbəbindən bəzi hallarda illərlə yazılmış biblioqrafik yazıların itməsi, yaxud bazalara virusun düşməsi halları baş verir.  Kitabxanalarda İnternetin fasilələrlə olması Elektron kataloqların fasiləsiz işləməsini çətinləşdirir.
 Göstərilən problemləri aradan qaldırmaq, kitabxanaçılar tərəfindən sərf olunan əməyə və vaxta qənaət etmək, təkrarçılığı aradan qaldırmaq, yaradılan resursların keyfiyyətini yüksəltmək və dünya standartları səviyyəsinə çatdırmaq, ölkə əhalisinin fasiləsiz informasiya tələbatını ödəmək üçün bu sahədə vahid mərkəzin yaradılmasına ehtiyac vardır.
 Hazırda demək olar ki, respublikanın bir çox kitabxanalarında Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sistemi tətbiq edilsə də yerlərdə kataloqlaşmanın səviyyəsi müasir tələblərə cavab vermir. Sözügedən Elektron kataloqların İnternet vasitəsi ilə dünya informasiya məkanına çıxması mövcud olan bu nöqsanların da virtual  aləmdə nümayiş etdirilməsinə səbəb olur.
 Bir cox kitbaxanalarda kadr, müasir metodlar, kitabların elm sahələri üzrə təsnifləşdirmə, yeni beynəlxalq standartların və normativlərin kitabxana işinə tətbiqi yox səviyysindədir və bu işin  Mərkəzləşmiş qaydada həyata keçirilməsinə ciddi ehtiyac vardır.
 Respublikada biblioqrafik yazıların tərtibi sahəsində qabaqcıl təcrübə əldə etmiş və bu sahədə səriştəli mütəxəssis kollektivinə malik olan kitabxanalar öz biblioqrafik yazılarını digər kitabxanaların da istifadə etməsi məqsədi ilə yaradılacaq AZLİBNET Mərkəzinin Veb-saytında yerləşdiriləcəkdir.
 Qeyd etmək lazımdır ki, layihənin analoqu Rusiya Federasiyasında “Национальный информационно-библиотечный центр «ЛИБНЕТ» (Центр ЛИБНЕТ http://www.nilc.ru)” həyata keçirilmişdir.



LAYİHƏNİN MƏQSƏDİ

Azərbaycan kitabxanalarının birgə Milli Kataloqlaşdırma Sistemini yaratmaq, Azərbaycanda yaradılan milli elektron resursların, biblioqrafik yazıların keyfiyyətini yüksəltmək, onların vahid Mərkəzdən yoxlanılmasını təmin etmək və təkrarçılığı aradan qaldırmaq.


LAYİHƏNİN VƏZİFƏLƏRİ

  • Azərbaycan kitabxanalarının birgə kataloqlaşdırma, kitabxanaların Toplu kataloqunun yaradılması sisteminin həyata keçirilməsi;
  • Kitabxanalar tərəfindən əlavə vaxt, zaman, vəsait itkisinin, habelə biblioqrafik yazıların tərtibində nöqsan və təkrarçılığın aradan qaldırılması;
  • Yaradılacaq AZLIBNET Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan respublika əhəmiyyətli böyük kitabxanalar, habelə şəhər (rayon) MKS-lərinin elektron resursları vahid Mərkəzdən idarə olunması, onların təhlükəsizliyi təmin edilməsi;
  • Kitabxanaların Elektron resurslarının fasiləsiz və operativ olaraq istifadəçilərə təqdim edilməsi.