Ulu öndərin Milli Kitabxanada çıxışları


vBooks Mobil Virtual Kitabxana proqram təminatı istifadəyə verilib. Android qurğuların istifadəçiləri öz mobil qurğularına yükləyə bilər.


Polpred. com Polpred.com Medianin İcmalı. Mühüm nəşrlərin arxivləri işçilər tərəfindən fərdi toplanır. Rubrikatorlu məlumat bazası: 26 sahə / 600 mənbə / RF-nın 8 federativ dairəsi / 235 ölkə və ərazilər/ əsas materiallar / 3000 ölkə başçısı haqqında məqalələr və onların müsahibələri. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu. Geniş axtarış imkanı. Bir kliklə yüzlərlə məqalələrin Word-ə eksport edilməsi. Sahələr və ölkələr üzrə İnternet-servislər.

   Mütaliə və onun əhəmiyyəti

Mütaliə — hər hansı mətndə verilmiş məlumatı əxz etməyə yönəlmiş kommunikasiya – əlaqə fəaliyyətidir. Bu kommunikasiyada müəllif, çap məhsulu, oxucu və ya oxucu auditoriyası iştirak edir. Tədris proqramının tələbinə uyğun olaraq oxucu məfhumunun məzmununu açmağa ehtiyac duyulur.
Mütaliə mahiyyətcə fərdi psixoloji proses olsa da, cəmiyyətin sosial həyatına, ictimai marağın istiqamətlərinə, mövcud maraqların məhsulu olan yeni ideyaların yayılmasına, bütövlüklə hamının malına çevrilməsinə imkan yaradır.  Məlumdur ki, insanların müxtəlif  xarakterli maraqları və tələbatları olur. Hər bir kəsin özünə məxsus marağı,  mütaliə tələbatı  mütaliə marağının yaranmasına təsir göstərə bilir. Eyni zamanda, insanın mütaliə marağının və mütaliə tələbatının reallaşmasında mühüm rol oynayır.
Müasir insanın mütaliə tələbatının artmasını şərtləndirən amillərdən biri də elmi-texniki nailiyyətlərdir. Dünyanın qabaqcıl ölkələrində istehsal sahələrinin yeni-yeni texnika ilə silahlanması, yeni elmi kəşflərin, böyük elmi nailiyyətlərin meydana gəlməsi, yeni elm və bilik sahələrinin yaranması, eləcə də dünyada gedən ictimai-siyasi proseslər mütaliəni obyektiv sosial zərurətə çevirmişdir.

Mütaliə:
• Mütaliə insanlar üçün fasiləsiz artmaqda olan sosial tələbatdır.
• Mütaliə insanların ictimai şüurunun formalaşmasına və təhsil səviyyəsinin yüksəlməsinə, artmasına təsir göstərən ictimai əlaqə sistemidir.
• Bununla da, mütaliənin cəmiyyətdə ictimai rolu müəyyənləşir. Bu baxımdan mütaliə mühüm tədqiqat probleminin həlli deməkdir.

Mütaliənin ictimai məzmunu özünü əsasən üç istiqamətdə göstərir:
• Mütaliə üçün materialın seçilməsi və oxunmuş ədəbiyyatın qiymətləndirilməsi meyarı insana ictimai təsir amili və mexanizmi ilə şərtlənir.
• Mütaliə üçün material və qiymətləndirmə motivləri şəxsiyyətlər arasında əlaqə predmetidir və ictimai mütaliə atmosferi yaradır.

Mütaliə müasir dövrün və tarixi keçmişin hadisələri ilə yaxından tanış olmağa, ictimai münasibətlərin dərk edilməsinə, həyatda obyektiv baxışın formalaşmasına, eləcə də cəmiyyətin həyat tərzi üçün xarakterik olan etik, hüquqi və estetik normaların mənimsənilməsinə kömək edir.
Mütaliənin tədris, təhsil və tərbiyə funksiyaları kompleks xarakter daşıyır. Bir-biri ilə qırılmaz surətdə bağlı olan bu proseslər də mütaliənin nəticəsi olaraq cəmiyyət tərəfindən toplanmış biliklərin mənimsənilməsi (tədris), bu biliklərin sisteminin yaradılması (təhsil) və şəxsiyyətin inkişafı gedişinin idarə edilməsi (tərbiyə) kimi ifadə olunur. Bu funksiyalar insanın məktəbə getdiyi ilk dövrdən ömrünün sonuna qədərki intellektual fəaliyyətində ifadə olunur.
Elmi ədəbiyyatda mütaliənin səbəb və məqsədlərinin növləri təxmini olaraq aşağıdakı kimi müəyyənləşdirilmişdir:

    1. Həyat təcrübəsi qazanmaq və özünütəkmilləşdirmə.
    2. İdraki ehtiyac.
    3. Şəxsi təhsil və təcrübi faydalanmaq.
    4. Emosional və estetik tələbat.
    5. Əylənmək.