Ulu öndərin Milli Kitabxanada çıxışları


Polpred. com Polpred.com Medianin İcmalı. Mühüm nəşrlərin arxivləri işçilər tərəfindən fərdi toplanır. Rubrikatorlu məlumat bazası: 26 sahə / 600 mənbə / RF-nın 8 federativ dairəsi / 235 ölkə və ərazilər/ əsas materiallar / 3000 ölkə başçısı haqqında məqalələr və onların müsahibələri. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu. Geniş axtarış imkanı. Bir kliklə yüzlərlə məqalələrin Word-ə eksport edilməsi. Sahələr və ölkələr üzrə İnternet-servislər.

   01.05.12 | 2012-ci il “Kitabxanalar ili” elan edilməsi ilə əlaqədar görülən işlər

Xəbər verdiyimiz kimi Beyləqan rayonunda rayon İcra Hakimiyyəti başçısının 14 fevral 2012-ci il tarixli Sərəncamı ilə rayonda “2012-ci il kitabxanalar İli” elan edilmişdir. Beyləqan rayonunun təşəbbüsü bir neçə rayonlarda dəstəklənmişdir: Füzuli, Ucar, İsmayıllı, Şabran, Neftçala, Salyan, Xaçmaz, Quba.
Bu rayonlarda rayon İcra Hakimiyyəti orqanlarının təşəbbüsü ilə ictimaiyyət nümayəndələrinin yığıncağı keçirilmişdir, idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması məqsədi ilə oxucular arasında monitorinqlərin keçirilməsi, mütaliəyə marağın artırılması, kitabxanalarda müasir şəraitin yaradılması məsələləri müzakirə olunmuşdur. Beyləqan rayonunda uşaqların informasiya tələbatını ödəmək məqsədi ilə rayonda uşaq kitabxanası üçün modern binanın inşa olunması qarşıda duran vacib məsələlərdən biri olmuşdur. Füzuli rayonunun Horadiz şəhərində müasir üslubda Uşaq Kitabxanasının inşası nəzərdə tutulmuşdur. “Kitabxanalar ili” çərçivəsində bütün kitabxana işçiləri kompyuter biliklərinə yiyələnməli, kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. 2012-ci ilin 3 mart tarixində Füzuli rayonunda kitabxanalar ilinə start verildi. Rayon MKS-nin Mollaməhərrəmli kənd kitabxana filialında təmir işlərinə başladı. Qısa müddətdə rayon Mərkəzi Kitabxanası və Heydər Əliyev Mərkəzinin kitabxanasında Elektron kataloq işə salındı. Yaxın zamanlarda Füzuli rayon Mərkəzi Kitabxanasında Multimedia Mərkəzi açılacaqdır. Ucar, Neftçala və s. rayonların Mərkəzi kitabxanalarında multimedia mərkəzləri, bir sıra kənd kitabxanalarında multimedia şöbələri yaradılmışdır. Rayon ictimaiyyətinin toplantılarında yerli qəzetlərin nümayəndələri də iştirak etmişlər. Hal-hazırda sözügedən rayonlarda ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə dair Kitab bayramlarının keçirilməsinə hazırlıq gedir.
Kitabxanalar ili ilə əlaqədar Beyləqan və Füzuli rayonlarına Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir çox avadanlıqların verilməsi planlaşdırılır.
Azərbaycan kitabxanalarının bu təşəbbüsü Rusiya Federasiyasında bir qrup təşəbüskar insanların “Kitabxana İli” eyni adlı layihənin həyata keçirilməsinə səbəb olmuşdur.