Ulu öndərin Milli Kitabxanada çıxışları


vBooks Mobil Virtual Kitabxana proqram təminatı istifadəyə verilib. Android qurğuların istifadəçiləri öz mobil qurğularına yükləyə bilər.


Polpred. com Polpred.com Medianin İcmalı. Mühüm nəşrlərin arxivləri işçilər tərəfindən fərdi toplanır. Rubrikatorlu məlumat bazası: 26 sahə / 600 mənbə / RF-nın 8 federativ dairəsi / 235 ölkə və ərazilər/ əsas materiallar / 3000 ölkə başçısı haqqında məqalələr və onların müsahibələri. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu. Geniş axtarış imkanı. Bir kliklə yüzlərlə məqalələrin Word-ə eksport edilməsi. Sahələr və ölkələr üzrə İnternet-servislər.

   02.12.2013 | Kənddə mədəniyyətin vəziyyəti və modern kitabxanalar

Bu gün Azərbaycanda 3500 yaxın kənd kitabxanası mövcuddur.
Bu, ölkənin ümumi kitabxana şəbəkəsinin təqribən 80%-i deməkdir. Kənd kitabxanaları 105 mindən çox oxucuya xidmət edir .
Kənd kitabxanaları şəbəkəsi əsasən sabitləşmişdir, son illərdə bu şəbəkənin həcmi hər il təxminən 1,5% azalır.
Kənd kitabxanaları şəbəkəsinin təşkilati strukturunun özünəməxsusluğu ərazi xüsusiyyətlərinin müxtəlifliyi, xidmət göstərilən yaşayış məntəqələrinin sayı, onların bir-birindən uzaq yerləşməsi, yaşayış məntəqələrində təhsil, mədəniyyət və idman təşkilatlarının mövcud olub olmaması ilə müəyyən edilir.
Son illər Azərbaycanda regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları uğurla həyata keçirilir bundan başqa, kitabxana-informasiya sahəsinin inkişafı üzrə Dövlət Proqramı başa çatmışdır.
Kəndlərin sosial və mənəvi baxımdan dirçəlməsinə, Azərbaycanın tarixi-mədəni irsinin qorunub saxlanmasına kömək edən kənd kitabxanaları kənd yaşayış məntəqələrinin sosial strukturunun, yerli əhalinin ictimai həyatının ayrılmaz və ən əhəmiyyətli hissəsidir. Kənd sakinlərinin informasiya və bilik mənbəyi, əhaliyə və onun tələbatına maksimum dərəcədə yaxın olan kənd kitabxanaları həm də sosial kommunikasiya funksiyalarını yerinə yetirən sabit və əlyetərli mədəniyyət müəssisələri kimi qalır.
Kənddə rolu vacib olan mədəniyyət müəssisəsi kimi kənd kitabxanalarının əksəriyyətində əhalinin tələbatını təmin etmək və öz potensial imkanlarını həyata keçirmək üçün zəruri şərait yoxdur. Kənd kitabxanalarının modernləşməsi Azərbaycandakı digər tipli kitabxanaların ümumi səviyyəsindən geri qalır.
Maliyyə vəsaitlərinin az olması səbəbindən kənd kitabxanalarında demək olar ki, dövri nəşrlərə abunə göstəricisi azalaraq bəzi regionlarda 1adda nəşrə düşmüşdür.
Köhnə binalarda yerləşən, kompüterləşdirilməmiş, müasir audio- və videotexnika vasitələri ilə təchiz olunmamış, İnternetə çıxışı olmayan, qəzetlər, jurnallar, elektron informasiya daşıyıcıları almayan, bir növ konservasiya vəziyyətinə düşmüş kənd kitabxanası ölkənin müasir tələblər səviyyəsində uğurlu inkişafı yolunda ciddi əngələ çevrilir.
Buna görə də Mədəniyyət və Turizm Nazirliyi ictimaiyyətin diqqətini kənd kitabxanalarının və təbii ki, kənd sakinlərinin problemlərinə cəlb etmək üçün fəal işə başlamışdır.
Nazirlikdə “Modern kənd kitabxanası” adlı layihə işlənir. “Rubikon” firması tərəfindən modern kənd kitabxanalarının binalarının daxili və xarici görünüşünün dizaynı işlənmişdir. Yeni inşa ediləcək kənd kitabxanalarda multimedia mərkəzinin, kənd muzeyinin, İnternet otağının, biblioterapiya guşəsinin və s. yaradılması nəzərdə tutulmuşdur.
Birinci mərhələdə 16 rayonda pilot layihənin keçirilməsi planlaşdırılır (Tovuz, Daşkəsən, Gədəbəy, Kürdəmir, Neftçala, Masallı, Quba, Ucar və s.)
Bu sahədə Nazirlik tərəfindən bir neçə ölkənin təcrübəsi öyrənilmiş və məlum olmuşdur ki,Rusiya Federasiyasında, İspaniyada, Yunanıstanda, Çində və s. ölkələrdə “Kənddə modern kitabxanaların yaradılması” layihəsi həyata keçirilmişdir. Layihə çərçivəsində kənd kitabxanaları kompüterlər, İnternetə çıxış imkanı, təşkilati texnika, yeni kitablar, audiovizual və elektron nəşrlərlə təmin edilmiş, kitabxanaçılar və kitabxanaların fəal istifadəçiləri elektron informasiya ilə və İnternet şəbəkəsində işləməyi öyrənmişlər.
Belə modern kitabxanaların bir illik fəaliyyəti göstərmişdir ki, kənd sakinlərinin bu cür kitabxanalara tələbatı xeyli artmış, oxucuların sayı çoxalmış, onlar kitabxanaya əvvəlkindən 2-3 dəfə artıq gəlməyə başlamışlar.
Bu sahədə bizim respublikada planlaşdırılan işlər, görüləcək tədbirlər kənd kitabxanalarının qorunub saxlanması və inkişaf etdirilməsi üzrə böyük və çətin bir işin yalnız başlanğıcı hesab edilməlidir. Kənd kitabxanalarının mövcud vəziyyətinin yaxşılaşdırılması , informasiyadan istifadə hüququnun təmin edilməsi səviyyəsində şəhərlə kənd arasında fərqin azaldılması, əhalinin informasiya tələbatının təmin edilməsi, habelə kəndin dirçəldilməsi vacib məsələdir.