Ulu öndərin Milli Kitabxanada çıxışları


Polpred. com Polpred.com Medianin İcmalı. Mühüm nəşrlərin arxivləri işçilər tərəfindən fərdi toplanır. Rubrikatorlu məlumat bazası: 26 sahə / 600 mənbə / RF-nın 8 federativ dairəsi / 235 ölkə və ərazilər/ əsas materiallar / 3000 ölkə başçısı haqqında məqalələr və onların müsahibələri. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu. Geniş axtarış imkanı. Bir kliklə yüzlərlə məqalələrin Word-ə eksport edilməsi. Sahələr və ölkələr üzrə İnternet-servislər.

   05.12.2013 | “Elektron kataloqa daxil olan yazıların təkmilləşdirilməsi”

2013-cü ilin 3-7 dekabr tarixlərində C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Dövlət Proqramının icrası çərçivəsində kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması üzrə region MKS-nin əməkdaşları üçün treninq keçirilmişdir. Treninqin işində respublikanın 10 rayon MKS-nin 22 nəfər əməkdaşı iştirak etmişdir. Treninqdə İRBİS-64 AKİS-in “İnzibatçı” modulu üzrə keçirilən məşğələlərdə aşağıdakı məsələlər izah edilmişdir:
Sistem inzibatçısı və onun vəzifələri.
İRBİS-64 AKİS-nin sturuktur quruluşu.
İRBİS-64 AKİS-nin Klient – Server hissəsi.
İRBİS-64 –Backup,import, eksport.
Sistemin inzibatçısının işə salınması
Lokal şəbəkədə modulların serverə qoşulmasına nəzarət.
Sistemin yeniləşdirilməsi.
Sistemin instalyasiyası (qurulması).
Sistemin silinməsi və yenidən qurulması.
Lokal şəbəkdə klientlərin yazılması.
Klientlərə parolların verilməsi
Web modul və onun iş prinsipləri
Lokal və online şəbəkədə istifadəçilərə xidmət
Sistemə qoşulan istifadəçilərə ad və parolların verilməsi
Yeni kompyuter alınarkən kliyent yerinin yüklənməsi
“Verilənlər bazaları”nın yaradılması
“Verilənlər bazaları”nın adlandırılması və yaddaşda saxlanılması
Formatlar- iso formatı
“Verilənlər bazaları”na iso fayllarının yüklənməsi
“Verilənlər bazaları”na yüklənmiş faylların aktuallaşdırılması
Bundan başqa treninq iştirakçılarına İRBİS-64 AKİS-də “Elektron kartoteka”ya kitabxananın abunə olduğu qəzet və jurnalların daxil edilməsi, gündəlik qeydiyyatı, təsviri izah edildi. Qəzet və jurnalların işlənmə qaydası praktik şəkildə nümayiş etdirildi. Treninqdə iştirakçılar müxtəlif suallarla müraciət etdilər : qəzet və jurnalların nömrələrinin daxil edilməsi, Prezident sərəncamlarına, fərmanlara, qanunlara açar sözlərin verilməsi və axtarışda xronoloji ardıçıllığın yaradılması, qəzet məqalələrinin kartotekaya daxil edilməsi və açar sözlərin verilməsi, yazılan qəzet və jurnal materialların axtarış qaydası və s.
Treninqdə Qusar, Hacıqabul, Göyçay, Abşeron, Füzuli, Şabran, Qubadlı, Biləsuvar, Neftçala, Siyəzən, Şəmkir rayon mərkəzi kitabxanalarının kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması və informasiya və resurs şöbələrinin mütəxəssisləri iştirak etmişlər.iki nəfər treninq iştirakçısı sertifikat ala bilməmişdir. Ötən treninqdə sertifikat ala bilməyən 5 kitabxana mütəxəssisi təkrar imtahan verərək sertifikat almışdırlar (Abşeron, Qusar, Qubadlı, Hacıqabul rayonlarından).