Ulu öndərin Milli Kitabxanada çıxışları


vBooks Mobil Virtual Kitabxana proqram təminatı istifadəyə verilib. Android qurğuların istifadəçiləri öz mobil qurğularına yükləyə bilər.


Polpred. com Polpred.com Medianin İcmalı. Mühüm nəşrlərin arxivləri işçilər tərəfindən fərdi toplanır. Rubrikatorlu məlumat bazası: 26 sahə / 600 mənbə / RF-nın 8 federativ dairəsi / 235 ölkə və ərazilər/ əsas materiallar / 3000 ölkə başçısı haqqında məqalələr və onların müsahibələri. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu. Geniş axtarış imkanı. Bir kliklə yüzlərlə məqalələrin Word-ə eksport edilməsi. Sahələr və ölkələr üzrə İnternet-servislər.

   14.05.12 | “2012-ci il Xaçmazda kitabxanalar ili”

Bu günlərdə Xaçmaz rayon İcra Hakimiyyəti “2012-ci il Xaçmazda kitabxana ili” elan etmişdir. Bununla əlaqədar Xaçmaz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (http://www.xacmaz-mks.az) Veb saytı yenidən qurulmuş, sayta rayon, tarixi abidələr, turizm və s. haqqında bölmələr daxil edilmişdir. Xaçmaz rayon Mərkəzi Kitabxanasında Hüquqi - İnformasiya Mərkəzi virtual olaraq oxuculara xidmət göstərir.
Bu gün isə Xaçmaz rayon MKS-nin Elektron kataloqu İnternet məkanına çıxarılmışdır. Elektron kataloq Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişaf üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 2.2 bölməsinin icrası məqsədilə yaradılmışdır. Elektron kataloqda 5 bölmə yaradılıb. Kitablar, Retro kitablar, Elektron kartoteka, Diyarşünaslıq, Yeni kitablar.
Elektron kataloqun kitab bazasına Azərbaycan Respublikasının Prezidentinin Sərəncamları ilə kitabxanaya hədiyyə edilmiş latın qrafikalı kitablar daxil edilir.
Elektron kartoteka bazasına kitabxananın aldığı qəzet və jurnalların adları daxil edilmiş, habelə məqalələr işlənmişdir.
Kitabxananın aldığı qəzet və jurnalların Azərbaycan, Xalq qəzeti, Respublika, Paritet, Palitra, Səs, Xaçmaz (yerli qəzet), Mədəni-Maarif, Mədəniyyət, Göy qurşağı və kartotekada öz əksini tapıb.
Retro kataloq bazasına kitabxananın fondunda oxucular tərəfindən tez-tez soruşulan və latın qrafikasında nəşr olunmayan kiril qrafikalı kitabların daxil edilməsinə başlanmışdır.
Diyarşünaslıq bazası - Elektron kataloqun ən maraqlı bazalarından biridir. Bu bazaya yerli qəzet, Xaçmaz haqqında nəşr olunan məqalələr, yaxın günlərdə rayonun geniş ictimaiyyətə və ziyalılarının iştirakı ilə Elektron kataloqun təqdimatı keçiriləcəkdir.