Ulu öndərin Milli Kitabxanada çıxışları


vBooks Mobil Virtual Kitabxana proqram təminatı istifadəyə verilib. Android qurğuların istifadəçiləri öz mobil qurğularına yükləyə bilər.


Polpred. com Polpred.com Medianin İcmalı. Mühüm nəşrlərin arxivləri işçilər tərəfindən fərdi toplanır. Rubrikatorlu məlumat bazası: 26 sahə / 600 mənbə / RF-nın 8 federativ dairəsi / 235 ölkə və ərazilər/ əsas materiallar / 3000 ölkə başçısı haqqında məqalələr və onların müsahibələri. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu. Geniş axtarış imkanı. Bir kliklə yüzlərlə məqalələrin Word-ə eksport edilməsi. Sahələr və ölkələr üzrə İnternet-servislər.

   07.06.12 | Respublikada "2012-ci il - Kitabxanalar İli" çərçivəsində keçirilən tədbirlər

Azərbaycan Respublikasının bir sıra şəhər və rayonlarında “2012-ci il – Kitabxanalar İli” elan olunmuşdur. Sözügedən şəhər və rayonlarda kitabxanalar ili çərçivəsində kitabxana-informasiya sahəsinə diqqət artırılmış və bu sahədə kompleks tədbirlərin həyata keçirilməsi planlaşdırılmışdır. Bura kitabxana fondlarının müasir informasiya daşıyıcıları, kitabxanaların müasir avadanlıq və informasiya texnologiyaları ilə təmin edilməsi, qəza vəziyyətində olan kitabxanalar üçün yeni binaların inşası və s. məsələlərin həlli daxildir. Hazırda bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir.

Şabran rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Şabran rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzovun 13 mart 2012-ci il tarixli Sərancamına əsasən Şabran rayonunda “2012-ci il kitabxanalar İli” elan edilmişdir. Sərancamın icrası ilə əlaqədar Şabran rayon Mədəniyyət və Turizm şöbəsində Tədbirlər Planı tərtib edilmiş və plana uyğun olaraq MKS-nin və rayon ictimaiyyətinin iştirakı ilə geniş təqdimat mərasimi keçirilmişdir. Rayonda “Kitabxanalar İli” ilə əlaqədar rayon Mərkəzi Kitabxanasında və kitabxana filiallarında bir sıra tədbirlər həyata keçirilmiş, cari ilin mart ayında rayon mərkəzində yeni Kitab evi istifadəyə verilmişdir. Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzov çıxışında Azərbaycan dövlətinin mədəniyyət siyasətində kitabın təbliğinə böyük önəm verildiyini, şair və yazıçıların yaradıcılığına diqqət və qayğı göstərildiyini qeyd etmişdir. Rayon MKS-nin Uşaq şöbəsində aprel ayı bütövlükdə “Uşaq kitabı” ayı elan edilmiş və bununla bağlı kiçik yaşlı oxucular arasında kütləvi tədbirlərin təşkilinə diqqət artırılmış, kitab müzakirələri, müxtəlif mövzulu sərgilər və guşələr yaradılmışdır.

Neftçala rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin 13 mart 2012-ci il tarixli Sərəncamı ilə Neftçala rayonunda “2012-ci il kitabxanalar İli” elan edilmişdir. Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə geniş Tədbirlər Planı tərtib olunmuşdur. Tədbirlər Planında başlıca olaraq, respublikamızın inkişafı və tərəqqisi, cəmiyyətimizin rifahı naminə aparılan dövlət siyasəti əsas götürülmüş, əhalininin asudə vaxtının səmərəli təşkilinə xüsusi önəm verilmişdir. Neftçala rayonunda “2012-ci ilin kitabxanalar İli” elan edilməsi ilə əlaqədar Tədbirlər Planına əsasən rayon İcra Hakimiyyətində yerli icra hakimiyyəti və KİV nümayəndələrinin iştirakı ilə təqdimat mərasimi keçirilmişdir. Rayon MKS-nin veb saytında” 2012-ci il Neftçala rayonunda kitabxanalar İli” adlı link yaradılmışdır. Tədbirlər Planında nəzərdə tutulmuş işlər sırasında rayonun yaxın və bugünkü tarixini özündə əks etdirən “Salnamə” kitabının tərtib olunması işi də müntəzəm olaraq həyata keçirilir. Cari il 6 may tarixində MKS-nin təşkil etdiyi seminar-müşavirədə kitabxana filialları arasında “İlin ən yaxşı kitabxanası” və “Ən yaxşı kitabxanaçı” müsabiqələrinə start verilmişdir. Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Neftçala rayon Mərkəzi kitabxanası V Ümumrespublika Kitab Bayramı təşkil etmiş, ümummilli liderimizin doğum günü münasibətilə keçirilən “Əbədiyaşar insan” adlı müsabiqəyə yekun vurulmuş, qaliblər mükafatlarla qiymətləndirilmişdir. Bu mövzuda MKS-in filiallarında informasiya günləri, ədəbi-bədi gecələr təşkil edilmiş, sərgilər qurulmuş, stendlər hazırlanmışdır.

Füzuli rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin 17 fevral 2012-ci il tarixli sərancamına əsasən Füzuli rayonunda “2012-ci il kitabxanalar İli” elan edilmişdir. Sərəncamın icrası ilə əlaqədar Füzuli rayon Mədəniyyət və Turizm şöbəsində Tədbirlər Planı tərtib edilmiş və sözügedən Tədbirlər Planına uyğun olaraq 03.03.2012-ci il tarixində rayon ictimaiyyətinin və MKS-nin iştirakı ilə geniş təqdimat mərasimi keçirilmişdir. Rayon Mərkəzi kitabxanasında İRBİS-64 Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sistemi quraşdırılmış və MKS-in Elektron kataloqu yaradılmışdır. Rayon Mərkəzi kitabxanası müasir avadanlıqlar və daimi İnternetlə təmin edilmişdir. Tədbirlər Planında cari təmir işləri nəzərdə tutulmuş Mollaməhərrəmli və Aşağı Yağlıvənd kənd kitabxanalarında cari təmir işləri aparılmışdır.

Beyləqan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Beyləqan rayon İcra Hakimiyyətinin başçısının 22 fevral 2012-ci il tarixli Sərəncamına əsasan Beyləqan rayonunda “2012-ci il kitabxanalar İli” elan edilmişdir. Rayon İcra başçısının sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün rayon İcra Hakimiyyətində müşavirə keçirilmişdir. Müşavirədə kitabxanaların fəaliyyətinin gücləndirilməsi məqsədilə monitorinqlərin keçirilməsi, uşaqların informasiya tələbatının təmin olunması məqsədilə rayonda uşaq kitabxanasının inşa olunması, inventar və avadanlıqlarla təmin edilməsi, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi, kitabxana fondlarının yeni nəşrlərlə zənginləşdirilməsi və multimedia fondlarının yaradılması və s. işlərin görülməsi üçün tapşırıqlar verilmişdir. Cari il 1 may tarixində rayonda ulu öndər, ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş V Kitab bayramı keçirilmişdir. Oxucuların kitabxanalara daha çox cəlb olunması və nəzərdə tutulan Tədbirlər Planın yerinə yetirilməsi məqsədilə kitabxanalarda rayon ictimaiyyətinin iştirakı ilə bir sıra kütləvi tədbirlər təşkil etmişlər.

Ucar rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

“Azərbaycan Respublikasında kitabxana-İnformasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”ını əsas tutaraq Ucar rayonunda “2012-ci ilin kitabxanalar İli” elan edilməsi ilə əlaqədar Ucar rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov 23 fevral 2012-ci il tarixli Sərəncam imzalamışdır. Sərəncamın icrası ilə əlaqədar rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən Tədbirlər Planı hazırlanmışdır. Tədbirlər Planına əsasən cari il mart ayının 28-də rayon Mərkəzi Kitabxanasında təqdimat mərasimi keçirilmişdir. Mərasimdə rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Alı Babayev, Ucar rayon İcra Hakimiyyətinin nümayəndələri və başqa qonaqlar iştirak etmişlər. Tədbirlər Planın icrasına uyğun olaraq Ucar rayon Mərkəzi kitabxanasında, Alpı kənd kitabxana filialında cari təmir işləri aparılmış, 3 saylı şəhər kitabxanası yeni binaya köçürülmüşdür. Oxucuların mütaliə marağının öyrənilməsi, kitabxanalara daha çox oxucu gəlişini təmin etmək məqsədilə oxucular arasında monitorinqlər keçirilmiş, rayon ictimaiyyətinin iştirakı ilə əyani və şifahi təbliğat formalarından istifadə etməklə bir sıra kütləvi tədbirlər həyata keçirilmişdir. Keçirilən tədbirlər barədə mütəmadi olaraq rayonda nəşr edilən ”Yeni söz” qəzetində maraqlı materiallar çap edilir.

İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı cənab Nizami Ələkbərov tərəfindən imzalanmış 23 fevral 2012-ci il tarixli Sərəncamı ilə İsmayıllı rayonunda “2012-ci il kitabxanalar İli” elan edilmişdir. Sərəncamın icrasını təmin etmək məqsədilə Mədəniyyət və Turizm şöbəsi rayon MKS-i ilə birlikdə 19 bənddən ibarət Tədbirlər Planı hazırlanmış və rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmişdir. İsmayıllı rayonunda “2012-ci il kitabxanalar İli” elan edilməsi ilə əlaqədar yerli İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə təqdimat mərasimi keçirilmişdir. Tədbirlər Planın icrası məqsədilə İsmayıllı şəhidləri, İsmayıllıdan olan Milli qəhrəmanlar haqqında yazılı və elektron formada məlumat hazırlanmış və MKS-in veb saytında yerləşdirilmişdir. İsmayıllının tarixi və mədəniyyət abidələrini əks etdirən bukletlər və disklər hazırlanmışdır. Mərkəzi kitabxanaya Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə müasir oxucunun tələbatını ödəyən 447 ədəd elektron nəşr daxil olmuş və istifadəyə verilmişdir. Rayon Mərkəzi Kitabxanasında kitabxanaçıların və oxucuların kompyuter biliklərinin artırılması məqsədilə kurslar təşkil olunmuşdur. Rayon MKS-nin sisteminə daxil olan kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Mərkəzi kitabxanaya 3 ədəd, Uşaq kitabxanasına 1 ədəd, kənd kitabxana filiallarına 7 ədəd kompyuter dəsti, invertar-avadanlıq, texniki vasitələr alınmışdır. Kitabxanaların bir qismi yüksək sürətli İnternet şəbəkəsinə qoşulmuşdur. Təmirə ehtiyacı olan İvanovka kənd kitabxanası cari təmir olmuşdur.

Xaçmaz rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Ş. Xanbabayevin 27 mart 2012-ci il tarixli Sərəncamı ilə Xaçmaz rayonunda “2012-ci il kitabxanalar İli” elan edilmişdir. Sərəncamın icrası məqsədilə rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən Tədbirlər Planı hazırlanmış və təqdimat mərasimi keçirilmişdir. Rayon Mərkəzi Kitabxanası İRBİS-64 Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi ilə təchiz edilmişdir. Rayonun mədəni inkişafında və ictimai həyatında baş verən yeniliklər müntəzəm olaraq MKS-nin veb saytında müvafiq bölmələrə daxil edilmişdir. 10-15 may tarixlərdə “Heydər Əliyev və milli mənəvi dəyərlər” devizi altında rayonun müxtəlif yerlərində “Mütaliə həftəsi” keçirilmişdir. Ümummilli lider H.Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş ümumrayon “Kitab bayramı” keçirilmişdir.

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Gəncə şəhər İcra Hakimiyyəti başçısı Gəncə şəhərində kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi, inkişaf etdirilməsi, mövcud kitabxanaların təmiri, maddi-texniki bazanın möhkəmləndirilməsi, kitabxanalarda Elektron kataloq və Elektron kitabxanaların yaradılması məqsədi ilə 06 aprel 2012-ci il tarixdə Gəncə şəhərində “2012-ci il kitabxanalar İli” elan edilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncamın icrası ilə bağlı Mədəniyyət və Turizm Şöbəsi tərəfindən Tədbirlər Planı tərtib edilmiş və şəhər ictimaiyyətinin iştirakı ilə geniş təqdimat mərasimi keçirilmişdir. 07 may 2012-ci il tarixdə Gəncə şəhər Mərkəzi kitabxanasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə “Sən elə bir zirvəsən...” adlı ədəbi-bədi kompozisiya keçirilmişdir. Tədbirdə “Heydər Əliyev. Azərbaycan Mədəniyyətinin Hamisi” adlı sənədli film nümayiş olunmuşdur. Tədbirlər Planına uyğun olaraq Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsi, şəhər Təhsil İdarəsi ilə birlikdə ümummilli lider Heydər Əliyevin 89-cu ildönümü münasibətilə “V Ümumrespublika Kitab bayramı” keçirildi. Bayramda müxtəlif başlıqlar altında kitab sərgiləri təşkil edilmiş, Gəncə şairlərinin, məktəbli şagirdlərin ifasında şeirlər söylənilmişdir.

Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon İcra Hakimiyyətini başçısının 13 aprel 2012-ci il tarixli Sərəncamı ilə rayonda 2012-ci ilin “Kitabxanalar İli” elan edilməsi ilə əlaqədar Mərkəzi kitabxanada təqdimat mərasimi keçirilmiş “Göyçay” qəzetində elan verilmişdir. Şuşanın işğalının 20-ci ildönümü, faşizm üzərində qələbənin 67-ci ildönümü ilə əlaqədar rayon Mərkəzi kitabxanasında və kitabxana filiallarında tədbirlər keçirilmiş, kitab sərgiləri təşkil olunmuşdur. Cari il mayın 23-də rayon ictimaiyyətinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin 89-cu ildönümü ilə əlaqədar kitab bayramı keçirildi. Rayonda fəaliyyət göstərən kitabxanalara diqqət və qayğı artmış, şəhər və kənd kitabxana filiallarında əsaslı və cari təmir işləri aparılmışdır. Kitabxanalarda keçirilən milli bayramlarda, şair və yazıçıların yubileylərində, ”Kitab bayram”larında rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar və gənclər fəal iştirak etmişlər.

Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Quba rayon İcra Hakimiyyəti Başçısının 30 mart “ 2012-ci il kitabxanalar İli” elan edilmişdir. Sərəncamda kitabxana-informasiya sahəsinin inkişafına dair Tədbirlər Planı hazırlanmış və təsdiq edilmişdir. Sözügedən Tədbirlər Planına uyğun olaraq “Quba və qubalılar” kitabı nəşrə hazırlanmış, “Quba turizm və abidələr diyarıdır” adlı elektron məlumat bazasının, rayon kitabxanalarında “1918-ci ilin Quba soyqırımı” guşəsinin yaradılması, habelə rayonda mütaliənin inkişafına dair kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rayonda fəaliyyət göstərən kitabxanaların fondlarını yeni multimedia nəşrləri ilə zənginləşdirilməsi məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinin “Nizami layihəsi” çərçivəsində rayon kitabxanaları üçün multimedia nəşrləri alınmış və oxucuların istifadəsinə verilmişdir.