Ulu öndərin Milli Kitabxanada çıxışları


vBooks Mobil Virtual Kitabxana proqram təminatı istifadəyə verilib. Android qurğuların istifadəçiləri öz mobil qurğularına yükləyə bilər.


Polpred. com Polpred.com Medianin İcmalı. Mühüm nəşrlərin arxivləri işçilər tərəfindən fərdi toplanır. Rubrikatorlu məlumat bazası: 26 sahə / 600 mənbə / RF-nın 8 federativ dairəsi / 235 ölkə və ərazilər/ əsas materiallar / 3000 ölkə başçısı haqqında məqalələr və onların müsahibələri. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu. Geniş axtarış imkanı. Bir kliklə yüzlərlə məqalələrin Word-ə eksport edilməsi. Sahələr və ölkələr üzrə İnternet-servislər.

   17.01.13 | Kitabxanaların fəaliyyətində İnternetin tətbiqi: Azərbaycan kitabxanalarının əməkdaşları üçün təlim kursu

Azərbaycan kitabxanalarının işinin keyfiyyətin artırılması üçün onların fəaliyyətində rəqəmsal texnologiyalardan geniş istifadə edilməsi hesabına bu fəaliyyətin modernləşdirilməsi zəruri şərtdir. Kompüter proqramlarının informasiya proseslərinə tətbiq edilməsi kitabxanaların artıq rəqəmsal formada toplanmış və daim genişlənən informasiya massivləri ilə oxucular arasında əlaqələndirici vasitəyə çevrilməli olan əməkdaşların rəqəmsal sahədə biliklərinə tələblərin artmasına səbəb olur.
Lakin bu gün ekspertlər səviyyəsində elektron proqramlarla bağlı biliklərə yiyələnmiş və öz oxucularına lazımi səviyyədə kömək göstərə biləcək kitabxanaçıların sayı cüzidir. Rəqəmsal texnologiyaların ultrayüksək dərəcədə dinamik inkişafı nəticəsində elə vəziyyət yaranmışdır ki, cəmi bir neçə il bundan əvvəl ali ixtisas təhsili almış mütəxəssislər bu gün müasir elektron proqramları müstəqil surətdə, adekvat şəkildə və tam həcmdə mənimsəməyi və gündəlik işlərində onları tətbiq etməyi bacarmırlar. Nəticədə kitabxanaların səviyyəsi rəqəmsal dövrümüzün imkanlarından və tələblərindən xroniki şəkildə geri qalır.
Bu vəziyyətdən çıxmağın mümkün variantlarından biri kitabxana əməkdaşlarının fasiləsiz təhsil sisteminin yaradılmasıdır. Həmin sistemin potensial dinləyicilərinin Azərbaycan ərazisi üzrə pərakəndə şəkildə yayılmasını, təlimlə mütəxəssislərin iş yerində olması tələbini əlaqələndirmək zərurətini, həmçinin bu istiqamətin reallaşdırılması üçün resursların məhdudluğunu nəzərə alaraq, bizə belə gəlir ki, distant təlim sistemi yaradılması bu məsələnin optimal həlli ola bilər.
Bu həll variantının reallaşdırılması üçün bütün zəruri texniki imkanlar və təşkilati ilkin şərtlər vardır. Azərbaycan kitabxanalarının İnternetə qoşulması sayəsində sistemin potensial dinləyicilərinin distant serverlərə, o cümlədən maarifləndirici portallara qoşulmaq imkanı təmin edilmişdir. Mədəniyyət işçilərinin yenidən hazırlanma və ixtisasartırma mərkəzləri distant kurslar təşkil edilməsi üçün məxsusi proqram platformaları əldə edərək distant təlim sahəsində kifayət qədər təcrübə qazanmışlar. Distant təlim sistemi maksimal dərəcədə çevikdir – bu sistem müdavimlərin konkret qrupunun prioritetlərindən və xüsusiyyətlərindən asılı olaraq kursları asanlıqla modifikasiya etmək yolu ilə bütün çağırışlara operativ reaksiya vermək imkanı yaradır. Təcrübə göstərir ki, distant məşğələlər bacarıqla təşkil edildikdə onların effektivliyi auditoriya şəraitində əyani məşğələlərin effektivliyindən heç də geri qalmır.
Distant təlim proqramının bu istiqamət üzrə reallaşdırılmasını davam etdirmək məqsədilə məxsusi olaraq Azərbaycan kitabxanalarının əməkdaşları üçün hazırlanmış “Kitabxanaların fəaliyyətində İnternetin tətbiqi” kursu təklif edilir.
Kurs aşağıdakı əsas bölmələrdən ibarətdir:
• Qlobal kompüter şəbəkələrinin təşkilatı-texnoloji strukturu. İnternetdə işləmək üçün proqram təminatı və informasiya təhlükəsizliyi.
• Sənədlərin komplektləşdirilməsində və işlənməsində İnternetin tətbiqi. İnternet-resursların təsviri.
• Biblioqrafik sorğu işində İnternetin tətbiqi.
• Kitabxana fondları ilə işdə və oxuculara xidmətlər göstərilməsində İnternetin tətbiqi (elektron kitabxanalar).
• Kitabxananın veb-saytının yaradılması və inkişaf etdirilməsi. Kitabxana işi təcrübəsində Veb2 əlavələrindən istifadə.
Bu kurs dinləyiciləri İnternetdə peşəkar səviyyədə işləmək üçün bütün zəruri bilik, bacarıq və vərdişlər kompleksi ilə təmin edəcəkdir.
Kurslarda təlimin İnternet-serverdə yerləşdirilmiş ixtisaslaşdırılmış proqram vasitələrindən istifadə edilməklə distant rejimdə həyata keçirilməsi nəzərdə tutulur. Təhsil prosesinə mühazirələrin mətnlərinin öyrənilməsi, əlavə ədəbiyyatla tanışlıq, özünü yoxlamaq üçün tapşırıqların yerinə yetirilməsi daxildir. Kursun hər bölməsi üzrə yoxlama kimi test suallarına cavab verilməsi və praktiki tapşırıqların icrası nəzərdə tutulmuşdur. Öyrənmə prosesində dinləyicilər proqram təminatına daxil edilmiş mesajlar mübadiləsi sistemləri, forum və bloqlar vasitəsilə həm müəllimlərlə, həm də tədris qrupu üzrə həmkarları ilə daim qarşılıqlı əlaqə saxlayacaqlar.
Kursun müddəti 2 ay təşkil edir. Kursun dinləyicisi tədris materialları ilə işləmək üçün orta hesabla hər gün təxminən 2 akademik saat vaxt ayırmalıdır.
Məmmədova Lətifə