Ulu öndərin Milli Kitabxanada çıxışları


Polpred. com Polpred.com Medianin İcmalı. Mühüm nəşrlərin arxivləri işçilər tərəfindən fərdi toplanır. Rubrikatorlu məlumat bazası: 26 sahə / 600 mənbə / RF-nın 8 federativ dairəsi / 235 ölkə və ərazilər/ əsas materiallar / 3000 ölkə başçısı haqqında məqalələr və onların müsahibələri. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu. Geniş axtarış imkanı. Bir kliklə yüzlərlə məqalələrin Word-ə eksport edilməsi. Sahələr və ölkələr üzrə İnternet-servislər.

   19.11.2013 | Kitabxana saytlarının inkişafı ilə bağlı treninqlər başa çatmışdır

06 oktyabr 2008-ci il tarixdə “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə təsdiq edilmiş Dövlət Proqramı”nın Tədbirlər Planının icrası məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü, “İnformasiya hamı üçün” YUNESCO proqramının Azərbaycan Komitəsinin təşkilatı dəstəyi ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Kitabxana saytlarının inkişafı və modernləşdirilməsi” mövzusunda treninqlər keçirilmişdir. Birinci treninq 2013-cü il 05- 08 noyabr tarixlərində keçirildi. Treninqdə Samux, Qusar, Siyəzən, Göygöl, Göyçay, Yardımlı, Bərdə, Yevlax, Şuşa, Zəngilan rayon kitabxana əməkdaşları iştirak etmişdirlər.
Treninq müddətində adı çəkilən rayonların informasiya – resurs şöbələrinin əməkdaşlarına veb dizayn sahəsində bilgilər tədris edilmişdir. İştirakçılara saytda mətn və şəkil yerləşdirmək, yeni səhifə yaratmaq, yeni kitablar və metodiki səhifələr keçidlərini yaratmaq, məlumatların serverə yüklənməsi öyrədilmişdir. Adı çəkilən mövzulardan əlavə treninq iştirakçılarına aparıcı kitabxana saytlarının iş təcrübəsi, metodikası da əyani formada göstərilmişdir. Treninq iştirakçılarına məlumat verilmişdir ki, informasiya - resurs şöbələrinin əsas vəzifələrindən biri İnternetdə faydalı məlumatların və saytların axtarışı, elektron kitabların yüklənməsi, sayta yerləşdirilməsidir.
Eyni zamanda, Azlibnet Milli Kitabxana - İnformasiya Mərkəzinin iş strukturu, quruluşu, bölmələri, yarımbölmələri, blokları, blokların daxilindəki linklər barədə, habelə respublikanın altı iri kitabxanasının biblioqrafik yazılarının toplandığı və geniş kitabxana şəbəkələri üçün Mərkəzləşmiş Kataloqlaşdırma funksiyasını yerinə yetirən və bununla da kitabxanaların elektron kataloqlarının dünya standartları səviyyəsində yenidən qurulmasını təmin edən Toplu kataloq, ondan istifadə qaydaları haqqında məlumat verilmişdir. Dialoq əsasında qurulan dərsdə Toplu kataloqdan biblioqrafik yazının istənilən AKİS-in local şəbəkəsinə bir neçə formatda yüklənməsi metodlarını əyani göstərilmişdir. Treninqdə İRBİS – 64 AKİS-in iş prinsipləri, kataloqçu, komplektləşdirici, oxucu qeydiyyatı, kitab verilişi, statistika, sistem inzibatçılığı haqqında verilən suallar cavablandırıldı.
Nəzəri və təcrübi hissədən ibarət olan treninqdə iştirakçılara “Kitabxanaçıların ixtisasartırma kursu”nun əməkdaşları tərəfindən ümumi İnternet və elektron poçt haqqında məlumatlar da verilmişdir.
Treninqın sonunda test və təcrübi tapşırıqdan ibarət imtahan keçirilmişdir. Beş nəfər iştirakçıya sertifikat təqdim edilmiş, 6 nəfər isə sertifikat ala bilməmişdir.
İkinci treninq 2013-cü il 19-22 noyabr tarixlərində keçirilmişdir. “Kitabxanların veb saytlarının istifadəçilərin tələblərinə uyğun tərtibatı” mövzusunda olan bu treninqdə Mingəçevir şəhər, Bərdə, Qax, Şirvan, Laçın, Xızı, Şamaxı, Gədəbəy, Abşeron, Qobustan, Biləsuvar, Şuşa rayon mərkəzi kitabxanaların informasiya-resurs şöbələrinin mütəxəssisləri iştirak etmişlər. Treninq iştirakçılarına müasir kitabxana saytları qarşısında qoyulan tələblər, kitabxana saytlarının müasir standartlara uyğunlaşdırılması yolları tədris edilmişdir. Bir sıra kitabxana saytlarının əyanı monitorinqı keçirilmiş, müsbət tərəflər və nöqsanlar birgə müzakirə edilmişdir.
Birinci treninqdə sertifikat ala bilməyən kitabxana əməkdaşları ikinci treninqə gələrək təkrar imtahan vermiş və sertifikatlar ala bilmişlər (Göyçay, Yardımlı, Şuşa, Zəngilan və Samux rayonları).
İki treninqdə iştirak etmiş 12 kitabxana əməkdaşı əla qiymət almışlar: Gülnarə İbrahimova (Siyəzən), Gülşən Əsgərova (Yevlax), Pərvanə Həsənova (Göyçay), Allahşükür Qasımov (Göygöl), Alvina Mahmudova (Qusar), Əsli İbrahimova (Qax), Türkan Hüseynova (Gədəbəy), Ayşən Əliyeva (Xızı), Emil Əliyev (Mingəçevir), Tural Mirzəyev (Laçın), Qönçə Abduləliyeva (Qobustan), Rauf Cəbrayılov (Biləsuvar).
Dövlət Proqramında nəzərdə tutulmuş Tədbirlər Planına uyğun olaraq bu treninqlər digər mövzularda da davam etdiriləcəkdir.