Ulu öndərin Milli Kitabxanada çıxışları


Polpred. com Polpred.com Medianin İcmalı. Mühüm nəşrlərin arxivləri işçilər tərəfindən fərdi toplanır. Rubrikatorlu məlumat bazası: 26 sahə / 600 mənbə / RF-nın 8 federativ dairəsi / 235 ölkə və ərazilər/ əsas materiallar / 3000 ölkə başçısı haqqında məqalələr və onların müsahibələri. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu. Geniş axtarış imkanı. Bir kliklə yüzlərlə məqalələrin Word-ə eksport edilməsi. Sahələr və ölkələr üzrə İnternet-servislər.

   Press-reliz

2013-cü il fevral ayının 20-də saat 12:00-da C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında respublikada ilk Toplu kataloqun və AZLİBNET Milli Kitabxana-İnformasiya Mərkəzinin (www.azlibnet.az) təqdimat mərasimi keçirildi.
Təqdimat mərasimində Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyevin, respublikanın tanınmış ziyalılarının, elm və mədəniyyət xadimlərinin, şəhər (rayon) kitabxanalarının rəhbərləri və geniş ictimaiyyət nümayəndələrinin iştirakı etmişdir.
Ünvan: Bakı şəhəri, N.Nərimanov küç., 203.
Əlaqə tel.: 012 538 02 47

Azərbaycan Respublikasının Prezidenti tərəfindən «Azərbaycan Respub¬li¬ka¬sında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»nın təsdiqi bu sahənin inkişafına səbəb olmuşdur. Dövlət Proqramının reallaşdırılması üzrə Tədbirlər Planına uyğun olaraq kitabxanaların informasiyalaşdırılması, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması işi uğurla həyata keçirilir.
Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması işinin daha effek¬tiv həyata ke¬çirilməsində Milli Kitabxana-İnformasiya Mərkəzinin (AZLİBNET) xüsusi xidmətləri vardır. AZLİBNET - Azər¬baycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına Cənclər Kitabxanasının nəzdində yaradılmışdır.
Onun prioritet istiqamətlərindən biri kitab¬xa¬nalarda elektron informasiya resurslarının yaradılması və onların istifadəçilərə təqdim olunması, eləcə də qlobal informasiya şəbəkələrində kitabxanaların korporativ işinin təşkilidir.
AZLİBNET-in məqsədi Azərbaycan kitabxanalarının birgə Milli Kataloq¬laşdırma Sistemini yaratmaqdan ibarətdir.
AZLİBNET-in əsas vəzifəsi Mədəniyyət və Turizm Nazirliyinin tabeçi¬liyin¬də olan respublika əhəmiyyətli böyük kitabxanalar, habelə şəhər (rayon) MKS-lərinin elektron resursları vahid mərkəzdən idarə olunmasına, onların təhlü¬kə¬sizliyinin təmin edilməsinə, elektron resurslarının istifadəçilərə fasiləsiz və ope¬rativ olaraq təqdim edilməsinə, kataloqlaşdırma zamanı əlavə vaxt, zaman, vəsait itkisinin, habelə biblioqrafik yazıların tərtibində nöqsan və təkrarçılığın aradan qaldırılmasına nail olmaqdır.
AZLİBNET Mərkəzinin hazırda həyata keçirdiyi ən vacib iş Azərbaycan kitabxanalarında birgə kataloqlaşdırma, kitabxanaların Milli Toplu Elektron Kataloq sistemini yaratmaqdır. Azərbaycanın Toplu Elektron Kataloqu böyük ümummilli əhəmiyyətə malikdir. O, kitabxanaların inkişafının strateji istiqamətidir. Onun yaradılması Azərbaycan kitabxana fondlarının məzmunu haqqında informasiya al¬mağa, ölkənin bütün ərazisində istifadəçilərə sənədlərin rasional çatdırılmasını təmin etməyə, komplektləşdirmə prosesini koordinasiya etməyə, mərkəzləşdirilmiş kataloq¬laşdırma prosesini təşkil etməyə imkan verir.
AZLİBNET Mərkəzi vasitəsi ilə respublikada mövcud olan elektron re¬surs¬ların fasiləsiz və uzaq məsafədən idarə edilməsi sistemi yaradılmışdır. Mərkəz res¬publikanın bütün kitabxanaları ilə (sahəvi, elmi, kütləvi) əlaqələr qurur. Toplu ka¬taloqdan AZLİBNET Mərkəzinin www.azlibnet.az və ya C.Cabbarlı adına Gənclər Kitabxanasının www.ryl.az ünvanlı veb saytları vasitəsilə istifadə etmək olar.